Ermənilər silahı yerə qoyur?

Ermənilər silahı yerə qoyur?

Hazırda oxunan: Ermənilər silahı yerə qoyur?

78693
Ermənistan silahlı qüvvələri Bakıda keçiriləcək Avropa Oyunları günlərində Dağlıq Qarabağ münaqişəsi zonasında gərginləyə səbəb olmayacaq. 

ans press-in məlumatına görə, bu barədə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan bildirib. Bəzi erməni KİV-ləri Ermənistan ordusunun bu “sülhməramlı”x9d addımının böyük humanizmlə bağlamağa çalışırlar. Onların yazdığına görə, Bakıda Avropanın hər yerindən minlərlə idmançı gələcək, hətta Ermənistan da oyunlarda təmsil olunacaq.

Göründüyü kimi, Ermənistan ordusu bir müddət təxribatlarını dayandıracaq və bu, heç də Tonoyanın iddia etdiyi kimi Avropa Oyunları ilə bağlı deyil. Əslində, erməni KİV-ləri özləri də bilmədən başqa bir xəbərlə ordularının təxribatdan əl çəkməsinin səbəbini açıblar. 

Bir sıra erməni şərhçilərin fikrincə, Azərbaycanın indiki silahlanma səviyyəsində 1994-cü ildə yaranmış təhlükəsizlik zolağı Ermənistan üçün yetərli deyil. Yəni Ermənistan təxribatları davam edərsə, Azərbaycan ordusu hərəkətə keçərək əraziləri işğaldan azad edə bilər. Görünür, məhz bu rəylər Ermənistan silahlı qüvvələrinin rəhbərliyini qorxuya salır və onlar təxribatları dayandırmağa qərar veriblər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO