Qarabağda iki su anbarı tikiləcək

Qarabağda iki su anbarı tikiləcək

Hazırda oxunan: Qarabağda iki su anbarı tikiləcək
77545
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki su anbarının tikintisi, mövcud su anbarlarının isə bərpası nəzərdə tutulur". 

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev Şabran rayonunda 5 iyun - su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə keçirilən mediaturda danışıb. 

"Həmin ərazilərdə faktiki olaraq su anbarlarımız var. Onlardan Tərtər rayonundakı Suqovuşan, Ağdam rayonundakı Xaçınçay və Füzuli rayonundakı Köndələnçay su anbarlarının texniki-iqtisadi əsaslandırma layihəsi həyata keçirilib, ekspertizaya verilib.

Güman ki, qısa müddət ərzində onların əsaslı təmir və bərpası ilə bağlı tenderlər keçiriləcək. Bundan başqa, Bərgüşadçay və Həkəri çaylarının üzərində 60 və 90 milyon kubmetrlik yeni su anbarlarının tikintisi nəzərdə tutulub”, - deyə Z.Quliyev qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO