“Xalq artisti adı sevgi-məhəbbət əlaqələrinə görə verilir” - Şeyx Əbdüldən ETİRAZ

“Xalq artisti adı sevgi-məhəbbət əlaqələrinə görə verilir” - Şeyx Əbdüldən ETİRAZ

Hazırda oxunan: “Xalq artisti adı sevgi-məhəbbət əlaqələrinə görə verilir” - Şeyx Əbdüldən ETİRAZ
77414
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Xalq artisti adının verilməsi Sovet dönəmindən qalmış ideoloji təbliğatdır. O vaxt ideologiyaya xidmət göstərən adamları şişirtmək üçün belə dövlət mükafatları verirdilər. Onlar da əvəzində dövlətə, ideologiyaya xidmət göstərirdilər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov fəxri adların verilməsinə münasibət olaraq bildirib.

Onun sözlərinə görə, adların verilməsi artıq əvvəlki illərdəki əhəmiyyətini itirib:

“Azərbaycan Xalq artisti kimi müqəddəs ad hər adama veriməməlidir. Onu layiqincə daşıyıb, ölkəni təmsil edə bilən, xalqa xidmət göstərən tanınmışlara verilməlidir. Həmçinin bu ad xalq tərəfindən verilməli və yalnız onların öz seçimi olmalıdır.

Yoxsa indi şəxsi tanışlıqlara, qohumluq əlaqələrinə və ya sevgi-məhəbbət mövzularına görə, bu seçim aparılır”, - deyə o, qeyd edib.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti Rasim Balayev də bir neçə müddət əvvəl verdiyi açıqlamaların birində fəxri adların verilməsi ənənəsinin başqa ölkələrdə olmadığını bildirərək, orada sənətçinin xalq tərəfindən seçilməyinin əsas götürülüdüyünü vurğulayıb.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO