Şabran rayon əhalinin sosial müdafiəsi mərkəzinə yeni direktor təyin edilib.
“Qafqazinfo”x9d xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müvafiq əmrinə əsasən Məmmədov Elman Şabran rayon əhalinin sosial müdafiəsi mərkəzinə direktor təyin olunub.
Xatırladaq ki, S.Müslümov nazir təyin olunduqdan sonra Şabran ƏƏSM-nin 2010-2013-cü illər ərzindəki fəaliyyəti araşdırılmışdı və bir sıra qanun pozuntuları aşkar edilmişdi. Nəticədə şöbənin müvafiq vəzifəli şəxsləri tutduqları vəzifədən azad olunmuşdu.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Qafqazinfo”x9dya açıqlamasında Şabran ƏƏSM-ə yeni direktor təyin olunması barədə məlumatı təsdiqləyib.































































































