Xaricdən avtomobil almaq istəyənlər üçün vacib xəbər - VİDEO

Xaricdən avtomobil almaq istəyənlər üçün vacib xəbər - VİDEO

Hazırda oxunan: Xaricdən avtomobil almaq istəyənlər üçün vacib xəbər - VİDEO
71427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elektrik mühərrikli avtomobil almaq istəyənlərə şad xəbərimiz var. Belə ki, yaxın gələcəkdə bu növ avtomobillərin idxal rüsumundan azad edilməsi gözlənir. Artıq bununla bağlı yeni layihə də hazırlanıb. Bəs hibrid avtomobillərin idxal rüsumu ilə bağlı da yenilik olacaqmı?

Bizim.Media xəbər verir ki, Dövlət Gömrük Komitəsinin rəsmisi “XəzərXəbər”in bununla bağlı suallarını cavablandırıb.

Elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması gözlənilir. Bunu Dövlət Gömrük Komitəsinin Gömrük Ödənişləri İdarəsinin rəisi Taryel Alıverdiyev deyib.

O bildirib ki, mövcud qanunvericiliyə əsasən, hazırda bu növ nəqliyyat vasitəsinin idxalı əlavə dəyər vergisindən azaddır. Növbəti güzəşt isə bu avtomobillərin idxal rüsumundan da azad edilməsi ola bilər.

Bununla bərabər, elektromobillər üçün infrastruktur genişləndirilməsi də prioritet hədəflərdəndir. Bu məqsədlə həmin avtomobillər üçün enerjidoldurucularının da rüsumdan azad edilməsi gözlənir.
Qeyd edək ki, istehsal tarixi üç ildən, mühərrikinin həcmi isə 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillər isə idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO