
- A-
- A
- A+
Şəmkirdə piyadanı xəstəxanalıq edib qaçan sürücü saxlanıldı
Şəmkirdə piyadanı vurub hadisə yerindən qaçan sürücü müəyyən edilərək saxlanılıb.
Bizim.Media-nın yerli bürosuna bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Belə ki, Şəmkir RPŞ-ə aprelin 15-də saat 23 radələrində Çinarlı qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini M. Eyyubovun avtomobillə vurulması və bunun nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Nazim Novruzov saxlanılıb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































