Gəncə Diaqnostika Mərkəzində sətəlcəm təhlükəsi...

Gəncə Diaqnostika Mərkəzində sətəlcəm təhlükəsi...

Hazırda oxunan: Gəncə Diaqnostika Mərkəzində sətəlcəm təhlükəsi...

67313
Gəncədə yaşayan Xudaquliyev Rafiq adlı bir məcburi köçkün şəhərdəki diaqnostika mərkəzində üzləşdiyi "səxavət"lə ilə bağlı saytımıza aşağıdakı məzmunda şikayət məktubu göndərib:

Hörmətli Moderator.az, xahiş edirəm şikayətimi ictimailəşdirəsiniz.

Ötən ilin 25 noyabrında xəstəliyimlə əlaqədər özümü müayinə etdirmək üçün Gəncə Diaqnostika Mərkəzinin həkimi İsmayılov Hilala müraciət etdim. Hilal həkim müayinə üçün mənə şlank uddurdu və bildirdi ki 25 manat pul şlank üçün ödəməlisən 8 manat isə resept üçün. Mən həmin 33 manat pulu verdim. Mən həkimin köməkçisinə bildirdim ki bura dövlət müəssisəsidir, mən isə məcburi köçkünəm, qanunda yazılıb ki, mən pul ödəməliyəm? Bildirdilər ki, diaqnostika mərkəzi təsərrüfat hesablıdır və özləri-özlərini maliyələşdirirlər, dövlətlə heç bir əlaqələri yoxdur.
Bundan sonra həkim məni "UZİ" deyilən aparata göndərdi ora isə 32 manat verdim, əlavə qan və böyrək analizinə isə əlavə olaraq 20 manat pulumu aldılar. Onlar da mənə eyni cavab verdilər ki, bizim dövlətə heç bir aidiyyatımız yoxdur, məcburi köçkün olsan da pulunu verməlisən.

Hörmətli redaksiya! Onu da deyim ki, bu xəstəxanadan çıxandan sonra səni olmayan xəstəlik tapar.Yəni burada otaqlar o qədər soyuqdur ki, müayinə üçün gəldiyinə peşman olursan və sətəlcəm olmaq təhlükəsiylə üz-üzə qalırsan.xa0
Odur ki, Sizdən xahiş edirəm mənim səsimi ölkə başçısına və səhiyyə nazirinə çatdırasınız. Bəlkə bundan sonra Gəncə şəhər Diaqnostika Mərkəzinin kimə və hara xidmət etdiyini bilək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO