Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olundu - FOTO 

Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olundu - FOTO 

Hazırda oxunan: Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olundu - FOTO 
66764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün 84 yaşında dünyasını dəyişən eks-prezident I Fəxri Xiyabanda dəfn olunub.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, millət vəkilləri, bir sıra ziyalılar iştirak edib.

Qeyd edək ki, eks-prezidentin dəfn mərasimi Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə həyata keçirilib.

Xatırladaq ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib. Həmin vaxtdan etibarən 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb. 

Dəfn mərasimindən fotoları təqdim edirik: 



Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO