“Şuşa İli” çərçivəsində bu ölkədə konsert oldu - FOTO

“Şuşa İli” çərçivəsində bu ölkədə konsert oldu - FOTO

Hazırda oxunan: “Şuşa İli” çərçivəsində bu ölkədə konsert oldu - FOTO
66616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Haaqada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilmiş konsert olub.

Bizim.Media xəbər verir ki, əvvəlcə Vətən müharibəsində canlarını qurban vermiş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edildiyi və bu şəhərin ölkəmizin mədəniyyət paytaxtı olduğu bildirilib. Sonra Şuşa haqqında film nümayiş etdirilib və şəhərin tarixi barədə məlumat verilib.

“Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova bildirib ki, Qarabağ bölgəsi, Şuşa şəhəri hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Konsertin məqsədi dinləyiciləri virtual olaraq Şuşa ilə tanış etməkdir.

Tədbirdə ümummilli lider Heydər Əliyevin “Şuşa Qarabağın incisidir və Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil” fikri səsləndirilib.

Sonra Cavid Səlimov (tar), Elcan Rzayev (piano-vokal), Firəngiz Bağırova (vokal), Azərbaycandan Əməkdar artisti, kamança ustası Xəyyam Məmmədov, Vyana Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli və Almaniyadan gələn xanəndə Vüsalə Cabir dünya və Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnıları ifa ediblər.

Konsertin dinləyiciləri arasında Azərbaycanın Niderlanddakı səfirliyinin, eləcə də bu ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin nümayəndələri olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO