Hazırda Masallıda vəziyyət necədir? - 23 ailə qayıqlarla təxliyə olundu

Hazırda Masallıda vəziyyət necədir? - 23 ailə qayıqlarla təxliyə olundu

Hazırda oxunan: Hazırda Masallıda vəziyyət necədir? - 23 ailə qayıqlarla təxliyə olundu
66147
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda Təzə Alvadı kəndində vəziyyət yaxşıdır. Alvadı çayı öz məcrasına qayıdıb.

Bizim.Media xəbər verir ki, bunu Trend-ə Masallı Rayon İcra Hakimiyyətinin Təzə Alvadı kəndi üzrə ərazi nümayəndəsi Fəxrəddin Məmmədov deyib.

Onun sözlərinə görə, Təzə Alvadı, Meşəkənarı, Əhmədli kəndlərindən ümumilikdə Alvadı çayının daşması səbəbindən FHN-in qüvvələri tərəfindən 23 ailə qayıqlarla təhlükəli ərazidən təxliyə olunub.

"Kəndə nə qədər ziyanın dəydiyi dəqiq məlum deyil. Komissiya araşdırdıqdan sonra kimə nə qədər ziyan dəydiyi müəyyənləşdiriləcək. Kənddə 120 hektar kartof sahəsi suyun altındadır. Bundan başqa, bir tövlədə 93 başa yaxın qoyun, çoxlu sayda toyuq-cücə tələf olub, əkin sahələri suyun altında qalıb”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO