Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat

Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat

Hazırda oxunan: Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - Təfərrüat

641506

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yük maşınının aşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, Laçın rayonunun Kamallı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1985-ci il təvəllüdlü Xudayar Əhliman oğlu Səmədov "Mersedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə İmişli rayonu ərazisindəki mal bazarından Bakı şəhərinə gəlirmiş.

O, Bakı-Ələt yolunda idarəetməni itirərək yük maşınını aşırıb.

Avtoqəza nəticəsində sürücü Xudayar Səmədov və sərnişinləri - Laçın rayonunun Kamallı kənd sakinləri, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Qarabağ küçəsində məskunlaşan, 1972-ci il təvəllüdlü İzahat Mətləbxan oğlu Məmiyev, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1978-ci il təvəllüdlü Rahib Muradxan oğlu İsfəndiyarov və Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Neftçilər parkı adlanan ərazidə məskunlaşmış,1981-ci il təvəllüdlü Vüqar Telman oğlu Hüseynov hadisə yerində ölüblər.

Hadisə nəticəsində xəsarət alan digər sərnişin, Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə məskunlaşmış,1984-cü il təvəllüdlü Alyoşa Vəzir oğlu Bəşirov ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, vəziyyəti ağırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO