İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

Hazırda oxunan: İtkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti BƏLLİ OLUB - RƏSMİ

641046

İşğaldan azad edilmiş ərazilərdən indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 913 itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları daxil olub.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın ikinci günündə keçirilən “Sübutdan identikliyə: Bakı Dialoqu çərçivəsində itkin şəxslərin məhkəmə-tibbi ekspertiza, molekulyar genetika və DNT əsaslı identifikasiyası üzrə Beynəlxalq Ekspert Forumu” mövzusunda yan tədbirdə çıxış edərkən deyib.

"Laboratoriyalardan keçən sümük qalıqlarına əsasən, 474 şəxsə məxsus sümük qalıqları üzərində müxtəlif həyati xəsarətlər (güllə və qəlpə yaralanmaları, küt alətlərlə və s.) aşkar edilib.

Skelet qalıqlarının məhkəmə-tibbi müayinələri başa çatdırıldıqdan sonra bu skeletlərin hər birindən bir neçə nahiyədən, xüsusilə də sağlam dişlərdən olmaqla bioloji nümunələr götürülərək şəxsiyyətin məhkəmə-tibbi identifikasiyası məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin Genetik Araşdırmalar Mərkəzinə göndərilir.

Artıq məhkəmə-molekulyar genetik ekspertizanın köməyi ilə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib. İdentifikasiya prosesi də başa çatdırıldıqdan sonra sümük qalıqları ailələrə təhvil verilir", - deyə o diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO