Bakıda 24 yaşlı Fatimə Rəhmanzadənin qatili əvvəlcədən sosial şəbəkədə təhdid paylaşıb

Bakıda 24 yaşlı Fatimə Rəhmanzadənin qatili əvvəlcədən sosial şəbəkədə təhdid paylaşıb

Hazırda oxunan: Bakıda 24 yaşlı Fatimə Rəhmanzadənin qatili əvvəlcədən sosial şəbəkədə təhdid paylaşıb
640942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin sevgilisi tərəfindən qətlə yetirilməsi ilə bağlı şok təfərrüat məlum olub.

Bizim.Media xəbər verir ki, cinayəti törədən 1986-cı il təvəllüdlü Müseyib Əhmədov hadisədən öncə sosial şəbəkə hesabında açıq-aşkar təhdid və intiqam mesajları paylaşıb.

Şübhəlinin sosial mediadakı paylaşımlarında "Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün mənə məcbur elədin", "Can almasam, can vermərəm", "Düz sözdür, namusu belə təmizləmək lazımdır" və "Son gün az qalıb, intiqamımı alacam" kimi ifadələr yer alıb. Bu paylaşımlar cinayətin öncədən planlaşdırıldığını nümayiş etdirir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

Qeyd edək ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. İki il əvvəl ailəsindən boşanan Müseyib Əhmədov bir müddət sevgili olduğu Fatimə Rəhmanzadə ilə mübahisə etdikdən sonra ayrılıblar.

Dünən axşam saatlarında qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşan Müseyib, Fatimənin onunla barışmaq istəməməyinə cavab olaraq üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Zərərçəkən xəstəxanada dünyasını dəyişib. (Modern.az)

Bakıda 24 yaşlı Fatimə Rəhmanzadənin qatili əvvəlcədən sosial şəbəkədə təhdid paylaşıb - foto 1
Bakıda 24 yaşlı Fatimə Rəhmanzadənin qatili əvvəlcədən sosial şəbəkədə təhdid paylaşıb - foto 2
Bakıda 24 yaşlı Fatimə Rəhmanzadənin qatili əvvəlcədən sosial şəbəkədə təhdid paylaşıb - foto 3
Bakıda 24 yaşlı Fatimə Rəhmanzadənin qatili əvvəlcədən sosial şəbəkədə təhdid paylaşıb - foto 4


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO