Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR

Hazırda oxunan: Qeysəriyyə əməliyyatından sonra qadının ölməsi ilə bağlı YENİ DETALLAR
640689
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişən Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın ölümü ilə bağlı bəzi detallar məlum olub.

Bizim.Media xəbər verir ki, S.Yusifova kor bağırsağında olan problemdən əziyyət çəkib. İlk övladı dünyaya gələn zaman həkimi ikinci doğuşun həyati təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Lakin bir neçə il sonra ikinci övladına hamilə qalan Səkinə bu hamiləliyi sonlandırmaq istəməyib.

Qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən qadının bir müddət sonra vəziyyəti pisləşib. Vəziyyəti ağır olan S.Yusifova Bakıya aparılarkən yolda komaya düşüb. Respublika Klinik Xəstəxanasına yerləşdirilsə də həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO