Bakıda tanınmış restoranda biabırçılıq

Bakıda tanınmış restoranda biabırçılıq

Hazırda oxunan: Bakıda tanınmış restoranda biabırçılıq
640512
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Əhmədli qəsəbəsində yerləşən “Boranı Restoran”ın filialında müştərilərə köhnə və kəskin iyli qida təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə narazı vətəndaş sosial şəbəkələrdə məlumat paylaşıb.

Müştərinin sözlərinə görə, sifariş verilən yemək 25-30 dəqiqə sonra masaya gətirilsə də, qidadan kəskin, xarab olmuş iy gəldiyi aydın hiss olunub.

Yaranmış vəziyyətlə bağlı restoran rəhbərliyinə müraciət edilsə də, problem həll olunmaq əvəzinə kobud münasibətlə qarşılaşıblar:
 

“Rəhbərliyi çağırıb şikayət etsək də, bizə "mentalitet qaydaları" ilə cavab verdilər. Bildirdilər ki, guya bunu 500 nəfər alır, heç kim şikayət etmir və yeməyi nə dəyişdirə, nə də geri qaytara bilərlər. Hətta əlavə gətirilən ətin də köhnə olduğu aydın görünürdü. Nə obyektin rəhbərliyi, nə də işçi heyəti baş verənlərə görə bir üzrxahlıq belə etmədi”.


Şikayətçi məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi müraciət edəcəyini vurğulayıb. (yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO