Oktyabrın 1-dən vətəndaşlar adlarına onlayn kredit verilməsinə məhdudiyyət qoya biləcək

Oktyabrın 1-dən vətəndaşlar adlarına onlayn kredit verilməsinə məhdudiyyət qoya biləcək

Hazırda oxunan: Oktyabrın 1-dən vətəndaşlar adlarına onlayn kredit verilməsinə məhdudiyyət qoya biləcək
639748
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 1-dən onlayn istehlak kreditlərinin verilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov cari il aprelin 28-də "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na və "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası"na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Qərara əsasən, vətəndaşlar banka və ya bank olmayan kredit təşkilatına müraciət edərək öz adlarına məsafədən istehlak krediti rəsmiləşdirilməsinə və kredit limitinin onlayn artırılmasına məhdudiyyət qoya biləcəklər.
 

Müvafiq məhdudiyyət həmin müştərinin banka fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi yazılı müraciət əsasında aradan qaldırıla bilər.

 

Bundan başqa, banklar və BOKT-lar kredit verməzdən əvvəl müştərinin belə məhdudiyyət tətbiq edib-etmədiyini həm öz informasiya sistemlərində, həm də kredit bürosunun sistemində yoxlamalı olacaqlar.

Yeni qaydaya əsasən, məsafədən istehlak krediti rəsmiləşdirildikdən sonra vəsait dərhal təqdim edilməyəcək.

Gün ərzində verilən və ya artırılan kredit məbləği minimum əməkhaqqının iki mislinədək olduqda vəsait 2 saat sonra, bu məbləğdən çox olduqda isə 24 saat sonra təqdim ediləcək. Qaydalar həm banklara, həm də bank olmayan kredit təşkilatlarına şamil olunur. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO