“Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib”.
Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Azərbaycam Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Baş Prokurorluqda tədbirdə deyib.
O bildirib ki, əməkdaşlar istər müharibə dövründə, istərsə də müharibədən sonrakı mərhələdə erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə və infrastruktura vurulmuş ziyanın, habelə törədilmiş digər cinayətlərin müəyyən edilməsi, araşdırılması və ictimaiyyətə çatdırılması istiqamətində var qüvvələri ilə çalışıblar:
"Həmin işlər üzrə təqsirləndirilən şəxslərə prokurorluğun iştirakı ilə məhkəmələr tərəfindən layiqli cəzalar verilib".
Baş prokuror İkinci Qarabağ müharibəsindən qazanılan uğurlarda prokurorluq əməkdaşlarının da mühüm rol oynadıqlarını qeyd edib.
Bizim.Media





































































































