Bakıda məktəb bağlandı:

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Hazırda oxunan: Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
637921
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən Ağdamdan olan keçmiş məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlandığı iddia olunur.

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat veriblər.

Qeyd olunur ki, onlara məktəbin bağlanması ilə bağlı hər hansı bir xəbərdarlıq edilməyib:

"Məktəbin yerləşdiyi bina icarəyə götürülüb. Artıq üç gündür ki, dərslər dayandırılıb. Dəqiq səbəb göstərmirlər. Sadəcə bildirirlər ki, gözləmək lazımdır. Məktəbin binası əvvəllər çay evi olub. Sonradan təhsil müəssisəsinə çeviriblər. Hazırda nə vaxt açılacağı ilə bağlı məlumat yoxdur. Məktəbdə I, IX siniflər təhsil alır. Yeddi otaq var idi".

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO