MİQ-də son 5 ilin kəskin dəyişimi – Hər il neçə müəllim işə qəbul olub? – CƏDVƏL

MİQ-də son 5 ilin kəskin dəyişimi – Hər il neçə müəllim işə qəbul olub? – CƏDVƏL

Hazırda oxunan: MİQ-də son 5 ilin kəskin dəyişimi – Hər il neçə müəllim işə qəbul olub? – CƏDVƏL

637387

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində son beş ildə işə qəbul və uğur qazanan namizədlərin sayında dəyişkən dinamika müşahidə olunub.

Bizim.Media xəbər verir ki, təqdim olunan göstəricilərə əsasən, son beş ilin ən yüksək nəticəsi 2022-ci ildə, ən aşağı göstərici isə 2025-ci ildə qeydə alınıb.

Belə ki, 2022-ci təqvim ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə 13 280 vakant yer elan edilib. 3 902 namizəd müddətsiz, 3 086 namizəd isə müddətli əsaslarla işə qəbul olunub. Əlavə yerləşdirmə zamanı daha 1 650 namizəd müddətli əsaslarla vakant yerlərə təyin edilib.

Beləliklə, həmin il üzrə ümumilikdə 8 638 namizəd işə qəbul olunub. Bu, təqdim olunan beşillik göstəricilər arasında ən yüksək rəqəmdir.

2023-cü ildə MİQ üzrə əsas müsabiqənin nəticələrinə görə 4 368 nəfər müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunub. Bu göstərici 2022-ci illə müqayisədə 4 270 nəfər azalma deməkdir.
 

2024-cü ildə MİQ üzrə ümumilikdə 6 283 namizəd uğur qazanaraq işə qəbul olunub. Bu rəqəm Elm və Təhsil Nazirliyinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Beləliklə, 2023-cü illə müqayisədə uğur qazananların sayı 1 915 nəfər artıb.


2025-ci ildə MİQ müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib. Onlardan 3 416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub.

Bu, son beş ilin ən aşağı göstəricisidir.

2026-cı ildə isə yekun nəticə olaraq 4 213 namizəd MİQ üzrə uğur qazanıb. Bu isə 2025-ci illə müqayisədə 797 nəfər artımdır.

Beş ilin statistikasina görə ən yüksək göstərici 2022-ci ildə, ən aşağı göstərici isə 2025-ci ildə qeydə alınıb. 2026-cı ildə isə göstərici əvvəlki illə müqayisədə yenidən artaraq 4 213 nəfərə çatıb.


Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO