300 min manatlıq dələduzluqda təqsirləndirilən "falçı"ya hökm oxundu

300 min manatlıq dələduzluqda təqsirləndirilən "falçı"ya hökm oxundu

Hazırda oxunan: 300 min manatlıq dələduzluqda təqsirləndirilən "falçı"ya hökm oxundu
636734
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda özünü falçı kimi təqdim edərək külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Şərəf Əli-zadənin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Şərəf Əli-zadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Xatırladaq ki, ki, Şərəf Əli-zadə özünü insanlara cadu və pis əməllərdən "təmizləyə" biləcək falçı kimi təqdim edərək, 2023-cü ilin fevral ayından 2024-cü ilin dekabr ayınadək olan müddətdə İsmayıl Məmmədovun sevdiyi xanımla ailə qurmasına, xanımın onu narahat edən keçmiş nişanlısından uzaqlaşdıracağına, Məmmədovu yüksək məvacibli işə düzəltməyə kömək edəcəyinə, tanışı olan xəstə bir qadının sağalmasına yardım edəcəyini vəd edərək, müxtəlif vaxtlarda pullarını ələ keçirməklə İsmayıl Məmmədova ümumilikdə 302 894 manat maddi ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Şərəf Əli-zadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək, barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO