Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

Hazırda oxunan: Buraxılış imtahanını üzürlü səbəbdən qaçıran şagirdlər üçün İKİNCİ ŞANS – Tarix BƏLLİ OLDU– RƏSMİ

634648

Sentyabrın 6-da bu il keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər keçiriləcək buraxılış imtahanında 388 nəfər iştirak edəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib.

İmtahanda iştirak edəcək şəxslərdən 244 nəfəri 9-cu, 144 nəfər isə 11-ci sinif şagirdidir. Həmçinin 63 nəfər dövlət dili kimi Azərbaycan dili imtahanını verəcək:

"Bu imtahanda hər hansı bir xəstəlik və ya respublika, eləcə də beynəlxalq səviyyəli yarışlarda təmsil olunma səbəbi ilə mart (11-ci sinif) və aprel (9-cu sinif) aylarında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən qatıla bilməyən şəxslər iştirak edirlər".

Məlumatda vurğulanıb ki, bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılır. Hazırkı tədris ilində ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün nəzərə alınmır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO