Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? – Mütəxəssis AÇIQLADI

Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? – Mütəxəssis AÇIQLADI

Hazırda oxunan: Masazır və Xırdalandakı “şəhərcik”lərə niyə çıxarış verilmir? – Mütəxəssis AÇIQLADI

634455

Bakıətrafı qəsəbələrdə sürətlə artan yeni tikililərin ən böyük problemlərindən biri sənədləşmədir. Xüsusilə də Masazırda və Xırdalan şəhərində tikilən çoxsaylı fərdi ev və apartman tipli binaların əksəriyyətinə çıxarış (kupça) verilmir.

Ümumiyyətlə yaşayış binalarının sənədləşdirilməsi proseduru necə aparılır?

Əmlak üzrə ekspert Elnur Fərzəliyev Bizim.Media-ya belə izah etdi ki, çoxmənzilli binalar inşa olunarkən şirkətlə müştəri arasında  ilkin olaraq alqı-satqı müqaviləsi bağlanır, daha sonra bina tikilib qurtardıqda isə aidiyyatı qurumlar tərəfindən binanın keyfiyyəti, normativlərə cavab verib-verməməsi müəyyənləşdirilərək bina çıxarışla təmin olunur:
 

“Lakin məlum olduğu kimi sözügedən ərazilərdə vətəndaş illərlə yaşayır, kommunal ödəyir, amma kupça ala bilmədiyinə görə, evinin tam mülkiyyətçisi ola bilmir. Bundan başqa, həmin mənzillərin kapitallaşması, yəni qiymətinin artımı da digər mənzillərə nisbətən daha aşağı olur. Digər tərəfdən ipotekaya yararlı ola bilmir. Mənzil sahibi satış zamanı ciddi problemlər və vaxt itkisi ilə üzləşir”.


Mütəxəssis bildirir ki, sakinlər bu məsələdə israrlı olmalı və binaya çıxarış verilməsini tələb etməli ya da bu cür tikililərdən uzaq durmalıdır. Tələbat az olduqca belə evlər bazardan azalacaq.

Lakin burada maraqlı bir məqam var: fərdi evlər yaxud tək-tək inşa edilən apartmanların tikinti normalarına cavab verməməsi hardasa anlaşılandır.

Bəs böyük şəhərcik kimi iri komplekslərdə niyə sakinlərə illərdir çıxarış sözü vəd  edilir, amma nəticəsi olmur?  

Mütəxəssislər bildirirlər ki, böyük layihələrin tikinti icazəsini almaqla, sonrakı prosesləri şərtlərə uyğun icra etmək eyni şey deyil. Yəni tikinti hüququ alınır, iş yekunlaşır,  amma komplekslərdə şəhərsalma və tikinti normasının pozulması, təhlükəsizlik problemləri, xüsusilə binaların yanğın təhlükəsizliyi və digər texniki standartlara tam cavab verməməsi, layihə-smeta sənədlərinin uyğunlaşmamasına görə aidiyyatı qurumlar istismara müvafiq hesab etmirlər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO