Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən himayədar ailə modelinin tətbiqi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə reinteqrasiya prosesinin daha da təkmilləşdirilərək sadələşdirilməsi üçün müvafiq prosedurlarda bir sıra dəyişikliklər edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.
Bildirilib ki, yeni dəyişikliklər bu sahədə əlçatanlığın artırılmasına və xidmətlərin daha çevik təşkilinə, himayədar ailə olmaq üçün müraciət edən vətəndaşların daha qısa müddət ərzində himayədar valideyn kimi fəaliyyətə başlamalarına imkan yaradır.
Belə ki, hazırda himayədar valideyn olmaq istəyən şəxslər uçota alındıqdan sonra 10 iş günü ərzində onlarla müsahibə keçirilir və maddi-məişət şəraitlərinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Bu mərhələni uğurla başa vuran himayədar valideyn-namizədlər nazirlik tərəfindən minimum müddəti 3 gündən az olmayan təlimlərə cəlb edilirlər.
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bundan sonra himayədar valideyn-namizədlər üçün təlimlərin onlayn formatda təşkili də mümkün olacaq.
Təlimin sonunda aparılmış qiymətləndirmədə müsbət nəticəsi olan himayədar valideyn-namizədlərin istəkləri nəzərə alınmaqla, onlara uyğun uşağın seçilməsi müddəti də qısaldılaraq yeddi iş günündən beş iş gününə endirilib.
Himayədar ailə prosesinin mərhələlərinin (müsahibənin keçirilməsi, maddi-məişət şəraitinin müayinəsi, təlim nəticələrinin qiymətləndirilməsi, uşağa uyğun himayədar valideynin və ya himayədar valideyn-namizədə uyğun uşağın seçilməsi, namizədlə uşağın görüşlərinin təşkili və himayədar ailə müqaviləsinin bağlanması) hər birinin nəticəsi üzrə operativ və optimal qərarların qəbul edilməsi müddəti də artıq konkretləşdirilərək üç iş günü müəyyən edilib.
Bu son dəyişikliklər uşağın himayədar ailəyə keçidi prosesinin daha qısa müddətdə tamamlanmasına, bunun üçün minimal müddətin azalaraq iki həftəyə enməsinə imkan yaradır.
Qeyd edək ki, himayədar ailə institutu müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş uşaqların ailəəsaslı qayğı ilə əhatə olunmasında, onların müəssisələrdən ailə mühitinə reinteqrasiyasında mühüm önəm kəsb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:32 / 03.09.2026
Övlad himayəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Proses sadələşdirildi
Hazırda oxunan: Övlad himayəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Proses sadələşdirildi
Hazırda oxunan: Övlad himayəyə götürmək istəyənlərin NƏZƏRİNƏ: Proses sadələşdirildi
634571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































