"The Wall Street Journal" (WSJ) qəzetinin mənbələrə istinadən yayadığı məlumata görə, Pentaqonun rəhbəri Pit Heqset Yaxın Şərqdəki amerikalı hərbçilərin yerləşdirilmə müddətini qeyri-rəsmi olaraq uzadır və İrana qarşı əməliyyatın cari ildə başa çəkməyə biləcəyini istisna etmir.
Bizim.Media xəbər verir ki, regionda ABŞ Hərbi Dəniz Qüvvələrinin 19 gəmisi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə (HHM) bölmələri və desantçılar fəaliyyət göstərir. Münaqişənin uzanması hərbçilərin psixoloji və fiziki vəziyyətinə mənfi təsir göstərir, hərbi texnikanın lazımi səviyyədə xidmət olunmasına imkan vermir.
Dənizçilər poçt və ehtiyatların çatdırılmasında logistik problemlərlə üzləşirlər.
ABŞ lideri Donald Tramp Tehranla hərbi əməliyyatların başa çatdığını elan etməyi dəstəkləyir və hesab edir ki, İrana qarşı iqtisadi təzyiq Vaşinqtona öz məqsədlərinə çatmağa imkan verəcək. Buna baxmayaraq, Yaxın Şərqdə hələ də 50 min hərbçi qalır.
HHM qüvvələrinin standart döyüş yerləşdirmə müddəti 9 aydan 12 aya qədər artıb.
"Spruance" və "Delbert D Black" esminesləri əməliyyatın əvvəlindən bəri dəniz blokadasında iştirak edir və onların heyəti aylarla quruya çıxmadan dənizdə qalır. Eyni zamanda, "Theodore Roosevelt" aviadaşıyan gəmisinin də gələn ilin yazına qədər növbədə qalacağı istisna edilmir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:29 / 03.09.2026
ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər uzanacaq?
Hazırda oxunan: ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər uzanacaq?
Hazırda oxunan: ABŞ-ın İrana qarşı hərbi əməliyyatı 2027-ci ilə qədər uzanacaq?
634570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































