Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

Hazırda oxunan: Yasamal və Nərimanov bu gün də İŞIQSIZ QALACAQ

633436

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də paytaxtda bir sıra Transformator Məntəqələrində (TM) təmir-təftiş və yenidənqurma işləri həyata keçiriləcək.

“Azərişıq” ASC-dən Bizim.Media-ya bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində saat 10:00-dan saat 13:00-dək Abbas Mirzə Şərifzadə, Xıdır Mustafayev, Xaqan Dadaşov, Vasif Əliyev küçələrinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Aşıq Alı, Yəhya Bakuvi küçələrinin bəzi yerlərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 16:00-dək Suraxanı rayonu Hövsan bağları, Kondisioner bağları və Hövsan-Türkan yolu bağlar yaşayış massivlərinin bir hissəsini əhatə edəcək.

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq "Asfaltzavod" hava xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Xocasən-Sədərək yolunun sağ və sol hissələrində enerjinin verilişi məhdudlaşdırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO