Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkədən qaçdığı MƏLUM OLDU

Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkədən qaçdığı MƏLUM OLDU

Hazırda oxunan: Astarada dənizdə boğulduğu deyilən şəxsin ölkədən qaçdığı MƏLUM OLDU

632487

Dənizdə boğulduğu deyilən şəxs hava yolu ilə ölkəni tərk edib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, avqust ayının 19-da saat 19 radələrində Masallı rayon sakini 36 yaşlı Elmar Məmmədlinin Xəzər dənizinin Astara şəhəri ərazisindəki çimərliyində boğulması, meyitinin isə suda itkin düşməsi barədə polisə məlumat daxil olub.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin suda boğulmadığı, avqust ayının 20-də hava yolu ilə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, üç gün öncə Astara şəhərinin “Bulvar” ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub. Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəldiyi qeyd edilib. Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO