“Yol dağılıb, birgünlük ərzaq var” – Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı –FOTO/VİDEO

“Yol dağılıb, birgünlük ərzaq var” – Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı –FOTO/VİDEO

Hazırda oxunan: “Yol dağılıb, birgünlük ərzaq var” – Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı –FOTO/VİDEO
632466
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 22-də turistlər Rusiyanın şərqində, Kamçatkanın Ploski Tolbaçik vulkanında avtomobillərində çarəsiz qalıblar.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, turistlərin bir neçə saat ərzində vulkana doğru getdikləri yol güclü yağış nəticəsində tamamilə yuyulub.

Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də çarəsiz qalan turistlər arasındadır. O, bu barədə öz "Instagram" səhifəsində paylaşım edib.
 

Tatyana Dolivetsin sözlərinə görə, 16 nəfərlik qrup Tolbaçik vulkanının ərazisində, "Kleşnya" turist dayanacağının yaxınlığındadır. O iddia edir ki, yolun təxminən 30 kilometri yuyulub və hazırda geri qayıtmaq imkanı yoxdur.


"Turist qrupu ilə birlikdə Kamçatkada, Tolbaçikdə ilişib qalmışıq. "Kleşnya" dayanacağındayıq. Yol yuyulub. 30 km-dir. Geri dönüş yolu yuyulub, çay öz məcrasından çıxıb və geri qayıtmaq mümkün deyil. Biz "Ural" maşınındayıq. Bizdən əlavə, burada böyük torpaqdan təcrid olunmuş təxminən 100 nəfər var. Ərzaqlar yalnız bir günlük qalıb", - deyə o bildirib.

Dolivetsin sözlərinə görə, turistlər arasında Çin, Belarus, İsrail və Rusiya vətəndaşları da var.
 

Mobil internetin olmaması səbəbindən turist qadın əlaqə yarada biləcəyi və paylaşım edəcəyi yerə çıxıb. O, Rusiyanın fövqəladə xidmətlərinin və Azərbaycandakı müvafiq dövlət strukturlarının məsələyə cəlb edilməsi üçün kömək istəyib.


Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin əməliyyat qrupu hazırda yolun yuyulmuş hissəsindədir və vəziyyəti qiymətləndirmək üçün pilotsuz aviasiya sistemlərindən də istifadə edir.

Məlumata görə, vəziyyət Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin nəzarətindədir. Yolun bu hissəsinin açılması ilə bağlı əlavə olaraq məlumat veriləcək.



“Yol dağılıb, birgünlük ərzaq var” – Azərbaycan vətəndaşı Kamçatkada vulkanda çarəsiz vəziyyətdə qaldı –FOTO/VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO