Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Hazırda oxunan: Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

631996

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, hadisə Şəkərabad kəndinə gedən yolda qeydə alınıb.

Belə ki, "Chevrolet" markalı avtomobil dönmə hərəkəti zamanı 2 motosikletlə toqquşub.

Qəza zamanı 2005-ci il təvəllüdlü Kamil Ümmətov, 1993-cü il təvəllüdlü İmran Əliyev və 2004-cü il təvəllüdlü Rəhim Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO