Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Əvvəlki illərin məzunlarının diplom və attestatları nə vaxt ELEKTRONLAŞDIRILACAQ? – Rəsmi AÇIQLAMA

631980

Cari ildən etibarən diplomların, attestatların elektron formada təqdim edilməsi təhsil sənədlərinə əlçatanlılığı artırıb.  Artıq məzunlar daha rahatlıqla, elektron formada sənədlərinə baxa bilirlər. Ancaq sözügedən yenilik  sadəcə bu ilin məzunlarına aiddir. Belə ki, hər bir vətəndaşın təhsil haqqında məlumatı "mygov.az" vasitəsilə görünsə də, öncəki illərin diplomları, attestatları hələki elektron sənəd formasında mövcud deyil.

Bəs bu nə zaman həyata keçiriləcək? Əvvəlki illərin məzunları da təhsil sənədlərinə elektron formada baxa biləcəklər?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən açıqlamada bildirilib ki, məsələ ilə əlaqədar müzakirələr aparılır:

"Öncəki illərin məzunlarının attestatlarının elektron formada təqdim edilməsi hazırda müzakirə mərhələsindədir. Yekun qərar formalaşdırıldıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə açıqlamada qeyd edilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO