Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

Hazırda oxunan: Baş nazirdən bu nazirliyin işçilərinin maaşları ilə bağlı qərar

631806

Nazirlər Kabineti tərəfindən Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərin əməyinin ödənilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
 

Qərar "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Prezidentin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının müvafiq hissəsinə əsasən qəbul edilib.


Qərarla "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin büdcədən maliyyələşdirilən hərbi hissələrində dövlət qulluqçusu olmayan mülki işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğlərinin müəyyən edilməsi Qaydaları" təsdiq olunub.

Sənədə əsasən, Müdafiə Nazirliyinə qərardan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb. Qərar 2026-cı il yanvarın 1-dən tətbiq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO