Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana GƏTİRİLİR

Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana GƏTİRİLİR

Hazırda oxunan: Hərbi hissəni özbaşına tərk edən şəxs Rusiyadan Azərbaycana GƏTİRİLİR

631740

Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya ediləcək.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlicanlı Nahid Rasim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Əlicanlı Nahid Rasim oğlunun Azərbaycan Cinayət Məcəlləsinin 333.4-1-ci (hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Hazırda onun Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO