Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

Hazırda oxunan: Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

631669

2008-ci ildən bəri xidmətdə olan və texnoloji ömrünü başa vuran "Türksat 3A" peykindən televiziya və radio yayımlarının yeni nəsil peyklərə ("Türksat 4A") köçürülməsi uğurla başa çatıb.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

Qeyd edək ki, avqustun 15-dən 16-na keçən gecə həyata keçirilən əməliyyat zamanı 573 televiziya və 215 radio kanalı yeni peyklərə keçirilib. Təxminən 1000 tezlik və yayım parametri saniyələr ərzində yeni ünvanlara yönləndirilib.

"Türksat 4A" peykinə keçmək üçün aşağıdakıları yerinə yetirmək lazımdır:

Peyk: TÜRKSAT 4A

Tezlik: 12245 MHz
Polarizasiya: H (Üfüqi)
Simvol Tezliyi: 27500
Modulyasiya: DVB-S2 8PSK
FEC: 5/6

Qeyd edək ki, dünəndən etibarən Azərbaycan vətəndaşları çanaq antenləri vasitəsilə Türkiyə televiziya kanallarının yayımında problemlərin olduğunu bildirmişdilər. (axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO