MİQ müsabiqəsində növbəti mərhələnin nəticələri bəlli oldu

MİQ müsabiqəsində növbəti mərhələnin nəticələri bəlli oldu

Hazırda oxunan: MİQ müsabiqəsində növbəti mərhələnin nəticələri bəlli oldu

630574

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
 

Bildirilib ki, avqustun 8–10-da faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə keçirilən vakansiya seçimi nəticəsində 2058 namizəd uğur qazanaraq müsahibə mərhələsinə vəsiqə alıb.


Uğur qazanmayan və ya bu mərhələdə iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçimlərinə qatıla bilərlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsi avqustun 12-dən 15-dək keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO