Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu- Foto

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu- Foto

Hazırda oxunan: Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu- Foto

628571

Azərbaycanda həkimlər ağır cərrahi əməliyyatla qopmuş qolu bərpa ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin sosial şəbəkə hesabında paylaşım edilib.
 

Məlumata görə, 29 yaşlı qızın sol qolu ağır yol-nəqliyyat hadisəsi nəticəsində travmatik amputasiya olunub. O, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə edilib və əməliyyat olunub.  


 Əməliyyatdan sonra bərpa olunan damarlarda qan dövranı təmin edilib, ətrafda normal isinmə müşahidə olunub və nəticə olaraq xəstənin bilək və barmaqlarında hərəkət funksiyası bərpa edilib.

Qeyd edək ki, qopmuş qolun cərrahi yolla yenidən bədənə tikilməsi tibbdə replantasiya əməliyyatı adlanır və müasir mikrocərrahiyyə sayəsində bu əməliyyatın orta uğur şansı 70% ilə 90% arasındadır.

Qol kimi böyük əzələ qrupuna sahib üzvlər qopduqdan sonra 6-8 saat ərzində əməliyyata alınmalıdır.

Vaxt keçdikcə əzələ toxumasında ölüm (nekrozlaşma) müşahidə olunur. Bəzən 12-24 saat çəkə bilən əməliyyatdan sonra qolun tam işlək hala dönməsi üçün 1-2 il vaxt tələb olunur. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO