Rayon xəstəxanasında xidmət göstərilməyən hamilə qadın doğuş üçün ''muravey'' motosikletlə Gəncəyə çatdırılıb..
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, hadisə Samux sakininin başına gəlib.
Ər həyat yoldaşını doğuş üçün rayon xəstəxanasına aparıb. Doğuş üçün hazırlanan qadına sonradan xidmət göstərilməkdən imtina edilib. Altıncı uşağın atası olmağa hazırlaşan Emin Mustafayev bildirib ki, Samux rayon xəstəxanasından onları Gəncəyə yönləndiriblər və bu zaman təcili tibbi yardım maşını verməkdən imtina ediblər.
Ana olan Raisa Mustafayeva deyir ki, o, əvvəlcə həkimlər tərəfindən doğuşa hazırlanıb, ancaq nədənsə sonradan tibbi prosedurlar dayandırılıb və qadın Gəncə şəhər Perinatal mərkəzə yönləndirilib.
Məsələ ilə bağlı TƏBİB-dən açıqlama verilib.
Bizim.Media



































































































