Şimal bölgəsində ən yüksək bal toplayan məzunların adları AÇIQLANDI – ÖZƏL/SİYAHI

Şimal bölgəsində ən yüksək bal toplayan məzunların adları AÇIQLANDI – ÖZƏL/SİYAHI

Hazırda oxunan: Şimal bölgəsində ən yüksək bal toplayan məzunların adları AÇIQLANDI – ÖZƏL/SİYAHI

628340

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2026-cı il məzunları ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərərək uğurlu göstəricilərə imza atıblar.

Bu barədə qurumdan Bizim.Media-ya özəl açıqlama verilib.

Region üzrə ən yüksək nəticə Qusar rayonunda qeydə alınıb. Belə ki, Qusar rayonu Yuxarı Zeyxur kənd tam orta ümumtəhsil məktəbinin məzunu Emilliya Qayıbova qəbul imtahanında 688,6 bal toplayıb.

Digər şimal rayonları üzrə ən yüksək nəticələr isə aşağıdakı kimidir:

Quba rayonu, Abuzər Əliyev adına Əliməmmədoba kənd tam orta ümumtəhsil məktəbinin məzunu Firanə Mənsur qızı Şahverdiyeva 677,6 bal toplayıb.

Xaçmaz rayonunun Çiləgir kənd tam orta ümumtəhsil məktəbinin məzunu Ayxan Elxan oğluYusifli 682,5 bal toplayıb.

Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Babayev Sənan Telman oğlu 638 bal toplayıb.

Siyəzən şəhəri Mikayıl Müşfiq adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu Heyran Ziya qızı Həmzəyeva 650 bal toplayıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO