İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ

Hazırda oxunan: İlin ilk altı ayında 23 mindən çox insanı it, pişik, siçovul dişləyib – RƏSMİ
628200
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Respublika üzrə 2026-cı ilin ilk altı ayı ərzində 23293 heyvan dişləməsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
 

“Bunlardan 11670 hadisə məlum heyvanlar (it, pişik), 11108 hadisə naməlum heyvanlar (it, pişik, siçovul) tərəfindən olub. Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var”, - o bildirib.


Şöbə müdiri qeyd edib ki, insanlar tibb məntəqəsinə nə qədər tez müraciət etsələr, müalicə və sağalma prosesi o qədər tez baş verər:

"Ev şəraitində müalicə kursu heç bir halda həyata keçirilə bilməz. Yalnız həkim nəzarəti altında vaksinasiya prosesi tamamlanmalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO