Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

Hazırda oxunan: Miqrasiya ilə bağlı Çağrı Mərkəzinə gün ərzində nə qədər müraciət daxil olur? - FOTO

628184

Gün ərzində 919 Çağrı Mərkəzinə təxminən 350-380 say civarında müraciət daxil olur.

Bizim.Media xəbər verir ki, bu barədə media nümayəndələri üçün Bakı şəhər regional miqrasiya baş idarəsinə təşkil olunan mediaturda məlumat
verilib.

Vətəndaşların qəbulu və müraciətlərinin baxılması şöbəsi və 919 Çağrı Mərkəzinin məlumatına görə, Mərkəz 24/7 xidmət göstərir.

Bildirilib ki, Azərbaycan Respublikasındakı əcnəbilərin miqrasiya ilə bağlı hər hansı sualı, şikayəti olarsa, öncə 919 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edilib ki, qanunvericiliyi pozan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərlə bağlı zənglər daxil olur, müvafiq araşdırma aparılır, nəticəsi barədə aidiyyəti üzrə şəxsə məlumat verilir.









Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO