Qeyri sabit hava şəraiti qərb bölgəsinin bəzi rayonlarında çaylarda suyun artmasına, sel keçməsinə səbəb olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dünən gecə saatlarından başlayaraq Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sel gəlib.
Güclü yağışdan sonra gələn sel suları bir sıra problemlər yaradıb. Arxların daşması nəticəsində kəndarası yollar keçilməz olub. Sel suları sakinlərin həyətyani sahələrini də basıb.
Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Əraziyə ağır texnikalar cəlb olunub. Təmizlənən arxların kənarına bəndlər vurulur.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu





































































































