Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalara qəbul üçün müraciət müddəti 1 gün uzadılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Təhsil İnstitundan məlumat verilib.
Bildirilib ki, namizədlər 15 iyul saat 12:00-dək müraciət edə bilərlər. Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun yerləşdirilməsi aparılacaq və qəbul nəticələri elan olunacaq.
Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq və sənəd qəbulu prosesinə başlanılacaq.
Lisey və gimnaziya seçimləri şəxsi kabinetdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum üç lisey seçə bilərlər. Üç lisey seçilməsi məcburi deyil. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmələri tövsiyə olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:24 / 13.07.2026
Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
Hazırda oxunan: Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
625058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































