Hacıqabul rayon Muğan kənd ərazisində sərnişin avtobusunun aşması səbəbi ilə xəsarət alan 28 nəfər - 12 kişi, 7 qadın, 9 azyaşlı iyulun 12-si saat 06:00 radələrindən başlayaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbələrinə hospitalizasiya olunub.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfərin (3 kişi, 3 qadın, 8-i azyaşlı) vəziyyəti qənaətbəxş sayıldığından onlar ambulator müalicə üçün evə buraxılıblar.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 14 nəfər isə (9 kişi, 4 qadın, 1-i azyaşlı) hazırda instrumental diaqnostik müayinələrə cəlb olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:01 / 12.07.2026
Hacıqabul qəzasında xəsarət alanlardan 14 nəfəri evə buraxıldı
Hazırda oxunan: Hacıqabul qəzasında xəsarət alanlardan 14 nəfəri evə buraxıldı
Hazırda oxunan: Hacıqabul qəzasında xəsarət alanlardan 14 nəfəri evə buraxıldı
624784
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































