Göyçayda maşın su kanalına aşdı, 84 yaşlı kişinin meyiti tapıldı – YENİLƏNİB/VİDEO

Göyçayda maşın su kanalına aşdı, 84 yaşlı kişinin meyiti tapıldı – YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Göyçayda maşın su kanalına aşdı, 84 yaşlı kişinin meyiti tapıldı – YENİLƏNİB/VİDEO

622366

Göyçayda maşın su kanalına aşıb, 84 yaşlı kişinin meyiti tapılıb.

FHN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


***14:52

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göyçay rayonu, Kürdəmiş kəndində içərisində vətəndaşın olduğu avtomobilin su kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc qrupu axtarışlara cəlb olunub.

Hazırda avtomobilin kanala düşdüyü istiqamətdə vətəndaşın axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


*** 12:07

Göyçada yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçayın Cəyirli kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2106 markalı avtomobil əvvəlcə KIA markalı maşınla toqquşub, daha sonra su kanalına düşüb.

Avtomobilin kanaldan çıxarılması üzrə işlər davam etdirilir. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO