Bir müddət əvvəl Bizim.Media Quba şəhərində şair Səməd Vurğunun adını daşıyan küçədə yerləşən xatirə lövhəsi və barelyefin baxımsız vəziyyətdə olması ilə bağlı məsələni gündəmə gətirmişdi.
Hazırladığımız yazıda uzun illər yenilənməyən lövhənin köhnəldiyi, üzərindəki yazıların isə kiril əlifbasında olduğu üçün oxunmasının çətinləşdiyi diqqətə çatdırılmışdı.
Məsələnin ictimailəşdirilməsindən sonra problem öz həllini tapıb. Belə ki, Səməd Vurğunun köhnə barelyefi yenisi ilə əvəz olunub, xatirə guşəsi yenilənərək daha səliqəli görkəm alıb.
Quba şəhəri üzrə icra nümayəndəsi Rüstəm Məmmədov Bizim.Media-ya bildirib ki, məsələ məhz yayımlanan materialdan sonra diqqətə götürülüb.
O, problemin ictimailəşdirilməsinə görə redaksiyamıza təşəkkürünü ifadə edib və bu cür məsələlərin operativ şəkildə işıqlandırılmasının dövlət qurumlarının fəaliyyətinə dəstək verdiyini vurğulayıb.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 30.06.2026
Bizim.Media YAZDI - Səməd Vurğunun köhnə barelyefi YENİLƏNDİ - FOTO
Hazırda oxunan: Bizim.Media YAZDI - Səməd Vurğunun köhnə barelyefi YENİLƏNDİ - FOTO
Hazırda oxunan: Bizim.Media YAZDI - Səməd Vurğunun köhnə barelyefi YENİLƏNDİ - FOTO
622344
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































