Astrologiya həvəskarlarının maraqla gözlədiyi ilin ikinci Merkür retrosuna sayılı günlər qalıb. 29 iyun – 23 iyul 2026-cı il tarixlərində Xərçəng bürcündə baş tutacaq retro dövrü ünsiyyət, ailə münasibətləri və emosional qərarlar sahəsində öz təsirini göstərəcək.
Bizim.Media xəbər verir ki, astroloqların fikrincə, Xərçəng bürcündə geriləyən Merkür diqqəti keçmişə, ailə bağlarına və yarımçıq qalmış məsələlərə yönəldəcək.
Bu müddətdə köhnə dostlar və sevgililər yenidən gündəmə gələ, əvvəllər həll olunmamış problemlər ortaya çıxa bilər.
Retro dövründə xüsusilə su ünsürlü (Xərçəng, Əqrəb, Balıq) və öncü bürclərin (Qoç, Xərçəng, Tərəzi, Oğlaq) daha çox təsirlənəcəyi bildirilir. Yanlış anlaşılmalar, ünsiyyət problemləri, texniki nasazlıqlar və sənədlərlə bağlı gecikmələr arta bilər.
Nələrə diqqət etmək lazımdır?
Ünsiyyətdə ehtiyatlı olun
Xərçəng bürcünün emosional təsiri səbəbindən insanlar deyilən sözləri daha həssas qəbul edə bilər. Ailə üzvləri və yaxınlarla münasibətlərdə səbirli olmaq tövsiyə edilir.
Vacib məlumatları yedəkləyin
Telefon, kompüter və digər elektron cihazlardakı məlumatların ehtiyat nüsxəsini çıxarmaq faydalıdır. Texniki problemlərin yaşanma ehtimalı artır.
Keçmişdən qayıdan insanlara tələsməyin
Köhnə münasibətlərin yenidən gündəmə gəlməsi mümkündür. Astroloqlar mühüm qərarlar verməzdən əvvəl retro dövrünün başa çatmasını gözləməyi məsləhət görürlər.
Mühüm müqavilələri təxirə salın
Ev alqı-satqısı, böyük maliyyə qərarları və uzunmüddətli öhdəliklərlə bağlı sənədlərin mümkün qədər iyulun sonundan sonraya saxlanılması tövsiyə olunur.
Səyahət planlarını diqqətlə yoxlayın
Bilet və rezervasiyalarda qarışıqlıqlar yarana biləcəyindən tarixləri və sənədləri bir neçə dəfə yoxlamaq məsləhətdir.
Astroloqlar vurğulayırlar ki, Merkür retrosunu yalnız mənfi hadisələrlə əlaqələndirmək düzgün deyil. Bu dövr yarımçıq qalan işləri tamamlamaq, keçmiş səhvləri düzəltmək və həyatdakı bəzi məsələlərə yenidən baxmaq üçün fürsət hesab olunur. (musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
22:23 / 25.06.2026
29 iyunda bu səhvləri etməyin - Bürclərə xəbərdarlıq
Hazırda oxunan: 29 iyunda bu səhvləri etməyin - Bürclərə xəbərdarlıq
Hazırda oxunan: 29 iyunda bu səhvləri etməyin - Bürclərə xəbərdarlıq
621614
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































