Nazir monitorinq imtahanında sual kitabçalarının niyə götürüldüyünü AÇIQLADI

Nazir monitorinq imtahanında sual kitabçalarının niyə götürüldüyünü AÇIQLADI

Hazırda oxunan: Nazir monitorinq imtahanında sual kitabçalarının niyə götürüldüyünü AÇIQLADI
620880
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Monitorinqlərdə yeni sual növlərindən istifadə edirik və çalışırıq ki, tətbiq etdiyimiz sual formatları növbəti nəsli yeni tip imtahanlara hazırlamış olsun. Bu sualların bir qismini saxlayıb növbəti illərdə də istifadə etməyi düşünürük.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində bildirib.
 

Nazirin sözlərinə görə, eyni sual üzrə müxtəlif illərdə eyni yaş qrupundan olan uşaqların cavablarını müqayisə etmək dinamikanı daha yaxşı göstərir. Emin Əmrullayev bildirib ki, sualları dərhal açıqladıqda, şagirdlər məhz həmin suallarla hazırlanırlar və nəticələr eyniləşir:


"Buna görə də biz üç-dörd ildən sonra əvvəlki sualları açıqlamağı planlaşdırırıq. Sualları indi açıqlamamağımızın səbəbi odur ki, tədqiqat baxımından müəyyən sualları hər il təkrar tətbiq etməklə eyni yaş qruplarının nəticələrini müqayisə edir və irəli gedib-getmədiyimizi müəyyənləşdiririk.

Hər il tədricən inkişaf müşahidə edirik. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müəllim dörd il ərzində dərs deyibsə, həmin sinfin əldə etdiyi nailiyyətlərdə onun da payı var. Biz nəticələri ölçürük və müzakirə edirik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO