"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

Hazırda oxunan: "Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

620358

Ölkənin tanınmış supermarketlər şəbəkələrindən biri olan "Qayalı" marketdə vətəndaşların həyatını birbaşa təhlükəyə atan biabırçı hadisə yaşanıb.

Bizim.Media xəbər verir ki, “1xeber.media”nın əməkdaşı  Bakı-Şamaxı yolunda, Həmyəli kəndi ərazisində  yerləşən "Qayalı" market filialından 30 manat dəyərində hisə verilmiş çəki  balığı alıb.

Əməkdaşımız məhsulun qablaşdırmasını açdıqdan sonra dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, satılan balığın tamamilə xarab olduğu, kəskin şəkildə iyləndiyi və qida üçün tamamilə yararsız vəziyyətdə olduğu məlum olub.
 

İstehlakçı aldığı məhsulu geri qaytarmaq məqsədi ilə uzun bir yolu qət edib və yenidən həmin marketə yaxınlaşaraq iradını bildirib. Qeyd edək qarşı tərəfdən  çəkilişə maneə yaradıldığı üçün videonu tam formada təqdim edə bilmirik.

 

Mağaza rəhbərliyi cinayət xarakterli hadisəni 30 manatla ört-bastır etmək istəyib! Marketin məsul əməkdaşları balığın həqiqətən də iyləndiyini və xarab olduğunu vizual olaraq təsdiqləyiblər. Hadisənin böyüməsindən qorxan mağaza rəhbərliyi yararsız balığı dərhal müştərinin gözü qarşısında zibil qutusuna atıb.

Market rəhbərliyi törətdikləri bu qida cinayətini ört-bastır etmək üçün vətəndaşa ödəniş etdiyi 30 manatı geri qaytarmağı təklif edib. Lakin alıcı pulu almaqdan imtina edərək, məsələni ictimaiyyətləşdirəcəyini bildirib.

Cox təəssüflər olsun ki, insan həyatını heçə sayan bu kimi marketlər unudur ki, balıq zəhərlənməsi ölümlə nəticələnir!

Burada əsas məsələ bəzi tanınmış market şəbəkələrində qida təhlükəsizliyinə qarşı dəhşətli dərəcədə nəzarətsizliyin olmasıdır. Söhbət 30 manatlıq ziyandan getmir, söhbət insan həyatından gedir. Hər kəsə məlumdur ki, balıq zəhərlənməsi ən ağır qida zəhərlənmələrindən biridir və birbaşa ölümlə nəticələnə bilir. Əgər əməkdaşımız o balığı fərqinə varmadan bişirib yesəydi, bu gün bir ailə faciəsi yaşana bilərdi.

İnsanların həyatı bu qədər ucuzdurmu?!

"AQTA hərəkətə keçməlidir! Ölkənin ən işlək magistral yollarından birində yerləşən bu marketdə saxlama şəraitinin pozulması və piştaxtaya zəhərli qidaların çıxarılması ciddi siqnaldır.

Vətəndaşlar qeyd edir ki, bu gün həmin təhlükə ilə hər bir ailə və ya azyaşlı uşaq qarşılaşa bilərdi. 

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təcili olaraq sözügedən "Qayalı" market filialında monitorinqlərə başlaması və qanunvericiliyə uyğun ən sərt tədbirləri görməsi tələb olunur. Hadisə nəzarətimizdədir.

Qeyd edək ki, vöen nömrəsi 4600198342. kodu isə 84001 olan Qayalı marketin sahibi İdris Quliyevdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO