Elektronika məhsulları almaq istəyənlərin NƏZƏRİNƏ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

Elektronika məhsulları almaq istəyənlərin NƏZƏRİNƏ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

Hazırda oxunan: Elektronika məhsulları almaq istəyənlərin NƏZƏRİNƏ – Aldanmamaq üçün diqqət edilməli MƏQAMLAR

619872

Hər bir məhsulun konkret istehsal tarixi və yararlılıq müddəti var. Amma bir çox hallarda istehlakçı bu barədə heç bir məlumat əldə edə bilmir və yaxud zəruri tələbat üzündən buna həvəs göstərmir.

Məsələn istənilən avtomobilin bəlli istehsal tarixi və istismar müddəti var. Hər ötən ildə avtomobil köhnəldiyi üçün qiyməti xeyli aşağı düşür. Lakin bir çox elektrik avadanlıqlarında bunu müəyyən etmək elə də asan olmur. Vitrinə qoyulmuş istənilən avadanlıq yeni məhsul hesab edilir. Halbuki ötən hər ildə həmin avadanlıq texniki cəhətdən aşınır, köhnəlir. Amma satıcı şirkət bunu nəzərə almır.

Aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bütün dünyada istehlakçılar istehsalçılarla müqayisədə daha az məlumat sahibidirlər:

“Bu da təsadüfi deyil. Çünki istehsalçılar bazara komanda  və hazırlıqlı şəkildə çıxırlar və istədikləri qaydanı istehlakçıya diqtə edə bilirlər. İstehlakçı isə çox az məlumatlı və zəruri ehtiyac içində olduğu üçün çox məsələnin fərqinə vara bilmir. Ona görə də istehsalçı-istehlakçı oyununda ikincilər bir qayda olaraq daima uduzurlar. Məsələn, istehlakçılar əksər məhsulların alışında açıq şəkildə aldadılır. Onlara yalnız ərzaq məhsullarının istehsal və yararlılıq müddəti barədə məlumat verilir.

Lakin qeyri-ərzaq məhsullarında istehlakçıya istehsal və yararlılıq müddəti barədə hər hansı bir məlumat verilmir. Bu gün spirt, tütün, duz və digər məhsulların istehsalçıları iddia edirlər ki, bu məhsulların yararlılıq müddəti sonsuzdur. Eyni zamanda mürəkkəb texniki vasitələrin istehsalçıları da məsələyə bu cür yanaşırlar. Halbuki istənilən texniki vasitə anbarda və yaxud vitrində qaldıqca fiziki cəhətdən köhnəlir.

Yaxşı olardı ki, istehlakçılar elektrik avadanlıqları, o cümlədən telefon, paltaryuyan, televizor alan zaman istehsal tarixi ilə bağlı sənəd tələb etsinlər. Çünki ola bilsin ki, aldıqları elektronik məhsul bu ilin yox, bir neçə il əvvəlin istehsalıdır. Bu da o deməkdir ki, köhnə avadanlıqlar daha tez sıradan çıxa bilir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO