Sertifikasiya imtahanlarında bu fənlər üzrə müəllimlər iştirak edəcək –SİYAHI

Sertifikasiya imtahanlarında bu fənlər üzrə müəllimlər iştirak edəcək –SİYAHI

Hazırda oxunan: Sertifikasiya imtahanlarında bu fənlər üzrə müəllimlər iştirak edəcək –SİYAHI

619759

Sertifikatlaşdırma prosesinin ilk günündə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili müəllimləri iştirak edirlər.

Bu barədə Bizim.Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 25-nə qədər davam edəcək sertifikatlaşdırma prosesində Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər iştirak edəcəklər.

Qeyd edək ki, bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO