Dəhşətli hadisə: Arvadından inciyən kişi içində dörd uşağı olan evi yandırdı - FOTO

Dəhşətli hadisə: Arvadından inciyən kişi içində dörd uşağı olan evi yandırdı - FOTO

Hazırda oxunan: Dəhşətli hadisə: Arvadından inciyən kişi içində dörd uşağı olan evi yandırdı - FOTO

619672

Rusiyanın Krasnoyarsk diyarının Nazarovo dairəsinin Novaya Soksa qəsəbəsində dəhşətli cinayət hadisəsi baş verib. Yerli sakin həyat yoldaşına qəzəblənərək, içəridə dörd azyaşlı uşağının yatdığı fərdi yaşayış evini yandırıb.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisəyə ailə münaqişəsi səbəb olub.

Uşaqlar yatarkən evi yandırıb

Məlumata görə, ər-arvad qohumlarının evində qonaq olublar və orada spirtli içki qəbul ediblər. Bir müddət sonra kişi evə qayıtmaq istəsə də, qadın imtina edib. Buna bərk əsəbləşən ər təkbaşına öz taxta evinə qayıdıb. O, qəzəbini soyutmaq üçün evinin divarına tezalışan maye tökərək od vurub. Həmin vaxt içəridə yaşları 6 ilə 11 arasında olan dörd doğma uşağı yuxuda olub.

Qonşu uşaqları son anda xilas edib

Baş verən yanğını vaxtında görən qonşu dərhal köməyə tələsib və uşaqları alovların içindən çıxarmağı bacarıb. Uşaqların xəsarət almadığı, lakin taxta evin demək olar ki, tamamilə yanaraq külə döndüyü bildirilir.
 

Hadisəni törədən şəxs dərhal hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Ona qarşı qəsdən adam öldürməyə cəhd və əmlakı qəsdən məhv etmə maddələri ilə ittiham irəli sürülüb.


Hadisənin ən çox müzakirə edilən tərəfi isə cinayətkarın cəzadan yayına bilmə ehtimalıdır. Qəsəbə sakinlərinin sözlərinə görə, həmin şəxs psixi xəstəlikdən əziyyət çəkir. Araşdırmalar zamanı məlum olub ki, o, daha əvvəl törətdiyi digər bir cinayətə görə məhz eyni səbəbdən — psixi xəstəliyinə görə cinayət məsuliyyətindən azad edilib. Bu səbəbdən onun yenidən koloniyaya göndərilmək əvəzinə, məcburi müalicəyə məhkum ediləcəyi ehtimal olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO