Son günlər sosial şəbəkələrdə Təhsil naziri Emin Əmrullayevin çıxışı zamanı dərsliklərin yaxın 3 ildə süni intellektlə əvəz olunması ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirə olunur.
Texnologiyanın, xüsusilə süni intellektin sürətli inkişafı dövründə daha çox hansı dərsliklərin tarixə qovuşma ehtimalı var?
Təhsil üzrə ekspert Məzahir Məmmədlinin Bizim.Media-ya verdiyi açıqlamasına görə, bəzi fənlərin dərsliklərinin süni intellektə məğlub olması hələ tezdir:
“Əgər biz süni intellektin tədrisindən danışırıqsa, tez-tez yenilənən fənlər ora daxil ola bilər. Məsələn, innformatiaka, xarici dillər, təbiət elmləri və s. kimi dərsliklər əlavə oluna bilər. Amma elə fənlər var ki, burda milli kimliyin, milli ruhun təsvir və təbliğ olunduğu yerlər var. Tarix, ədəbiyyat kimi fənlər asanlıqla sıradan çıxıb süni intellektə təslim olmayacaq. Bu fənlər hələ öz aktuallığını uzun müddət qoruyub saxlayacaq”.
Ekspert həmçinin süni intellektin risklərinin də olduğunu diqqətə çatdırdı. Süni intellektin bəzən yanlış informasiyalar verməsi faktı da mövcuddur. Yaxud yaş qrupuna uyğun olmayan məlumatlar verə bilər.
“Süni intellektin inkişafı və iş prinsipi ona verilən sualın düzgünlüyündən asılıdır. Belə olduqda məlumat bazası düzgün formalaşır və növbəti suallar üçün uyğun istiqamət götürür. Hazırda yuxarı sinif şagirdləri, təəssüflər olsun ki, süni intellekt tətbiqlərindən, xüsusilə də Chatgpt-dən daha çox istifadə edirlər.
Bu istifadə müəyyən asılılıq yaradır və yeniyetmələri inkişafdan saxlayır, düşüncə və yaradıcılıq qabilityyətini məhdudlaşdırır. Dolayısı ilə savadsızlıq, kütlük yaradır. İnanmıram ki, süni intellekt təhsildə inqilab yaratsın. Təhsildə əsas olan informasiyanın çoxluğu deyil, onun etibarlılığı, milli dəyərləri qoruması və pedaqoji dəyəridir”.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:20 / 16.06.2026
“Tarix və ədəbiyyat süni intellektə təslim olmayacaq” – Bəs hansı dərsliklərin sonu gəlir?
Hazırda oxunan: “Tarix və ədəbiyyat süni intellektə təslim olmayacaq” – Bəs hansı dərsliklərin sonu gəlir?
Hazırda oxunan: “Tarix və ədəbiyyat süni intellektə təslim olmayacaq” – Bəs hansı dərsliklərin sonu gəlir?
619625
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































